Şücaətin nümunəsi: Azərbaycan əsgəri

Əsgəri döyüş bölgəsində görəndə, əvvəl elə düşündüm ki, özünü tülkülüyə vuran dezertirdir. Bir ayağını şikəst kimi atırdı, diz oynağı açılmadığından, ayaq yarıqatlanmış vəziyyətdə, bir qolu da sarıqlı. Saxladım. Soruşdum ona nə olub?

Dedi, mina atılanda “BİR BALACA” dizindən qəlpə yarası alıb. Tutub apardım tibb məntəqəsinə. Həkim baxan kimi dedi ki, əməliyyata ehtiyacı var. Yalnız bundan sonra əsgər boynuna aldı ki, Bakıdan hospitaldan qaçıb, hərbi hissəsinə qayıdıb.
– Oğlum, sən müalicə almalısan. Bu gün səni əməliyyat üçün göndərəcəyik.
Cavabı göz yaşı çıxarır, fəxr göz yaşı:
– Cənab mayor, mən idmançıyam. Özümü toparlayıb tez düzələcəm. Amma məni döyüşdən çıxarmayın. Mən döyüşmək istəyirəm.

 

Şərh yaz