Diplomatlar Gəncədə raket atəşinə tutulan əraziyə baş çəkdilər – FOTOLENT

Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, onları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

Qeyd edək ki, diplomatlar və beynəlxalq qurumların təmsilçiləri Mingəçevirə də gedəcəklər.

Xatırladaq ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 9 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.

 

Şərh yaz