Bir qəhrəmanın şəhidlik yolu

Vətən uğrunda canlarını qurban verən şəhidlər. Şəhidlər ölmürlər. Şəhidlər daim hər birimizin qəlbində yaşayırlar…

Şəhid Alim Sulduz oğlu Nəcəfov 14 fevral 1973 -cü ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. Ailədə beş uşaq-beş qardaş olublar. Ailənin ilki Alim olub. Atası Sulduz kişi uzun illər Füzuli rayonunun yanğınsöndürən idarəsində rəis müavini işləyib (2010-cu ilin iyul ayının 9-da dünyasını dəyişib). Anası Sona xala isə kolxozda kolxozçu işləyib.

Alim 1980-cı ildə Gecəgözlü tam orta məktəbinə gedib. Burada səkkiz il oxuyub və təhsilini davam etmək üçün 1988-ci ildə Füzuli rayon mərkəzi sürücülük orta-peşə məktəbinə qəbul olunur. 1990-cı ildə peşə məktəbini oxuyub bitirdikdən sonra keçmiş Sovet Ordusunda xidmətə başlayıb.

Qanlı Yanvar faciəsini eşidərək xidmətini yarımçıq qoyub 1992-ci ildə Azərbaycana qayıdıb. Könüllü olaraq Hərbi Komissarlığa müraciət edib Milli Ordu sıralarına yazılmaq istəyib.  Ona Füzuli rayon hərbi komisarlığından bildirdiriblər ki, hələ tələsmə,sənidə çağırarıq.
Bekar qalmamaq üçün həmin il yanğınsöndürmə xidmətində sürücü işləməyə başlayıb. Neçə-neçə yanan evləri söndürməyə çalışıb. Lakin görüb ki, yanğınsöndürməklə iş bitmir. Odur ki, yanğınsöndürən maşının açarını təhvil verib könüllü döyüşə yollanıb. “N” saylı hərbi hissədə xidmət edib. Onun döyüş yolu Fizuli, Tərtər, Goranboy uğrunda gedən döyüşlərdən keçir. Düşmənə qan uddurub neçə-neçə erməni əsgərini məhv edib. Alim yoldaşları ilə birlikdə əsl igidlik nümunəsi göstərib düşmənin irəliləməsinə imkan verməyib. Vətənin şərəfin hər şeydən əziz tutan Alim döyüş sənginiyən vaxt yoldaşlarına ürək-dirək verərdi. Lakin…

1994-cü il aprelin ayının 28-də Ağdərə-Tərtər istiqamətində gedən qızğın döyüşlərin birində top mərmisindən ağır yaralandı və gözlərini əbədi yumdu.

İki gün əvvəl döyüş bölgəsində oğulları ilə görüşən Sona xala, Sulduz dayı bu dəhşətli faciəni görüb fəryad etdilər. Bəxtlərinə qaçqınlıq qismət olmuş valideynlər əzizlərini Fuzuli torpağında dəfn etdilər.
Beləliklə Gecəgözlünün qəhrəman oğullarının siyahısına biri də əlavə olundu – Alim Sulduz Oğlu Nəcəfov. Ruhun şad olsun.

Allah şəhidlərimizə rəhmət eləsin.

Nazilə

Şərh yaz