Şəhid Elçin Mustafazadənin beş saniyəyə sığdırdığı son sözləri – VİDEO

Azərbaycan Televiziyası Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş Elçin Mustafazadə ilə bağlı süjet hazırlayıb.

Oxu.Az xəbər verir ki, süjetin əvvəlində Elçinin son göndərdiyi beş saniyəlik səsli mesajı təqdim edilib:

“Sağ olun, salamat qalın, ehtiyatlı olun, canınıza, başınıza fikir verin. Əsas can-başdır”.

Daha sonra şəhidimizin anası Mahirə Mustafayeva danışıb:

“Bura Elçinin bəy otağıdır. O məzuniyyətə çıxanda öz əlləri ilə bu otağı düzəldib. Ölümündən bir neçə gün öncə nişanlısının yuxusuna girib. Elçin yuxuda nişanlısına mesaj yazıb ki, Məleykə, biz ayrılırıq, mən şəhid olmacam, başını uca tutarsan!”

Şərh yaz