İsmayıllıda şəhid əsgərimizin məzarı ziyarət olunub

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədinin Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısını alarkən şəhid olan və İsmayıllının Balik kənd qəbiristanlığında uyuyan Xəyyam Daşdəmirovun məzarı tez-tez ziyarət olunmaqdadır.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, “N” hərbi hissədə qulluq edən və əsgəri xidmətini başa vuraraq doğma yurdu Balik kəndinə qayıdan əsgər Sərxan Adizadə dərhal həmkəndlisi, şəhid Xəyyam Daşdəmirovun məzarını ziyarət edib. Onunla birlikdə şair Pünhan İsmayılov və şəhidin valideynləri də məzarlığa gəliblər.

Şəhidin xatirəsi ehtiramla yad olunub, onun qanının yerdə qalmayacağına, mənfur erməni qəsbkarlarının öz layiqli cəzasını alacaqlarına inam ifadə olunub.

Şərh yaz