“İlqar silahsız döyüşürdü” – Şəhid İlqar Zeynallının evindən VİDEOREPORTAJ

İyulun 14-də Tovuzda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan gizir İlqar Zeynallı ölümündən 5 gün əvvəl ailə üzvləri ilə birgə ad gününü qeyd edibmiş. O, həmin ərəfədə məzuniyyətə çıxmalı olsa da, gərgin döyüşlərə görə istirahətini təxirə salıb.

Mübarizim qafqazinfo-ya istinadən xəbər verir ki, bunu şəhidin ailə üzvləri deyib. Onların sözlərinə görə, 25 yaşlı İlqar döyüşə gedəndə sevdiyi qızla da danışıb. Evinə dönən kimi ona yazacağına söz verib. Amma bu gedişin dönüşü olmayıb…

Şəhidin qardaşı Sənan Zeynallı deyir ki, xəbər ona çatanda İlqarı yaralı görməyi arzulayıb: “Düşündüm ki, kaş yaralı olardı. Əli-ayağı olmayaydı, onu çiynimdə daşıyardım, amma bilərdim ki, canı üstündədir”.

İlqarın hərbçi olmasını, bu yolu seçməsini atası Ayaz Zeynalov istəyib. İndi onun yoxluğundan danışmaq Ayaz bəy üçün hər nə qədər çətin olsa da, ata məğrurluğunu itirmir, “Biz vətən üçün övlad böyütmüşük”, – deyir.

Şəhidin Tovuzun Cəlilli kəndindəki evindən hazırladığımız videoreportajı təqdim edirik:

Şərh yaz