Şəhid Zakir Məcidovu tanıyaq – VİDEO

⁣26 iyun 1956-cı ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olan Zakir Məcidov Azərbaycanın Milli Qəhrəmanıdır.⠀

Fəaliyyəti müddətinə minlərlə uçuş həyata keçirmiş Qarabağ müharibəsinin aktiv döyüşçülərindən biri olub. Döyüşlər zamanı 36 yaşında şəhid olan Zakir Məcidov Mİ-24 vertolyotlarından birinə komandirkən Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edib, düşmənin xeyli texnikasını sıradan çıxarıb.⠀

Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilib.

⁣Mənbə: Neftçala Rayon İcra Hakimiyyəti

Şərh yaz