Azərbaycanlı şəhid Yura

Yuri Petroviç Kovalyov 1965-ci il mayın 29-da Göyçay rayonunda rus ailəsində anadan olub. 1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçən Yuri, 5 ildən sonra isə Bakıya qayıdıb. O, orta təhsillə yanaşı idmana da böyük maraq göstərirdi. 11 yaşında olarkən idman ustası və Azərbaycanınəməkdar məşqçisi Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbinin ixtisaslaşdırılmış sinfində sevdiyi idman növünün sirlərinə yiyələnib. Hələ futbol məktəbində oxuyarkən bacarıqlı qapıçı kimi formalaşan Yura öz çevikliyiilə yoldaşları arasında fərqlənirdi. O, iki dəfə Bakı çempionu olub, Respublika və Ümumittifaq turnirlərində Bakının gənclərindən ibarət yığma komandasının qapısını qoruyub.

1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylıorta məktəbi bitirən Yura 1982-ci ilə kimi Azərittifaqın reklam istehsalatkombinatında çalışıb. 1983-cü ildə Pribaltika hərbi dairəsinin sıralarınaçağırılıb, hava desant qoşunlar xidmət edib. 1985-ci ildə ordudan tərxis olunan Yura 1987-ci ildə Bakı Qırmızı bayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar və Praporşiklər Məktəbinə daxil olub.

O, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlərNazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir, Azərbaycanın birçox döyüş bölgələrində mərdliklə vuruşur. Kovalyov Goranboy rayonunun kəndlərininazad edilməsində böyük şücaət göstərir. Düşmən tərəfindən “Əsədovun bandası” adlandırılan XTMD-nin əməkdaşları ilə düşmənin rahatlığını əlindən alır. Düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı. Başına yüzmin rubl qiymət qoyulmuşdu. General Məhəmməd Əsədovun və nazir müavini polkovnik Ramiz Məmmədovun Yura Kovalyova böyük rəğbəti var idi və Kovalyov onları tez-tez müşayiət edərdi.

1991-ci ilin aprel ayıda döyüş zonalarında fərqlənmiş bir qrup OMONçunu mükafatlandırmaq üçün Daxili İşlər Nazirinin müavini Rəhim Quliyev və nazirliyin şöbə rəisi Həmid Cəfərov XTMD-yə gəlirlər. Mərasimdə çıxış edən Həmid Cəfərov 1991-ci il aprel ayının 3-də respublikanın xalq deputatlarından Aydın Məmmədovun, Tamerlan Qarayevin, Ramiz Fətəliyevin və bir sıra rəsmi şəxslərin və özünün vertolyot qəzasına uğramalarından söhbət açaraq vertolyotdakıların xilas olmasında Yura Kovalyovun yüksək peşə səriştəliyi nümayiş etdirməsini xüsusilə qeyd edir. Söhbət zamanı Yura ünvanına deyilən təriflər qarşısında təvazökarcasına susdu və sonra qeyd edir ki, “Mən də azərbaycanlıyam, bu torpağın çörəyini yemişəmsə, suyunu içmişəmsə, ona da xidmət etməliyəm.”

Onun rus olması xarici jurnalistləri təəccübləndirirdi. Yura Kovalyov Şuşanın Qaladərəsi kəndində Azərbaycan jurnalistlərini müşayiət edərkən, gözlənilmədən ora Ermənistan vertolyotu enib və vertolyotdakı xarici müxbirlər onunla görüşmək istəyiblər. Xarici jurnalistlər Kovalyovu belə sual verib:

”        — Siz russunuzmu?

— Bəli, mən rusam, Azərbaycan isə vətənimdir.”

O, cəbhə xəttindən anasına göndərdiyi şəklinarxasına “Qarabağ mənim vətənimdir, iftixarımdır, sevincimdir, kədərimdir” kəlmələrini yazmışdı.

1991-ci il sentyabrın 13-ü Yura Kovalyov Bakıdan çıxıb, şəhid olduğu gündən iki gün əvvəl axırıncı dəfə evə zəng vurub hal-əhval edib.

1991-ci il 3 oktyabrda digər OMONçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları UAZ-ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yura Kovalyov şəhid olur, Kudenin isə ağır yaralanır. Ermənilər UAZa yaxınlaşanda partlayış baş verir. Ölüm ayağında beləbir neçə düşməni məhv edirlər.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Yuri Kovalyov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qeyd: Yazı Vikipedia və digər elektron nəşrlərdə dərc olmuş materiallar əsasında hazırlanıb

Mübarizim

Şərh yaz