Viktor Oktay oğlu Xasməmmədov 18 may 1975-ci ildə Bakı şəhəri, köhnə Qala kəndində neftçi ailəsində doğulub. 181 saylı tam orta məktəbi bitirib. 1993-cü ildə həqiqi hərbi xidmətə çağrılıb və Qarabağ döyüşlərinə qatılıb. Cəbhənin müxtəlif istiqamətlərində xidmət edib. Kəşfiyyatçı kimi fəaliyyət göstərib.
1994-cü ilin yanvar ayında rabitəçi Viktor batalyonla bir yerdə Tərtər rayonuna yola düşür. O, zaman Ağdərə istiqamətində qanlı döyüşlər gedirdi. Viktor da dəfələrlə o döyüşlərdə iştirak edir və qəhrəmanlıqlar göstərir. Lakin 29 aprel tarixində gedən döyüş Viktor üçün son döyüş olur və Xasməmmədov Viktor Oktay oğlu şəhidlik zirvəsinə ucalır.
Allah rəhmət eləsin!
Hazırladı: Nazilə
Şərh yaz