İki oğlu şəhid olan, Qarabağ qazisi “Jenya ana” – FOTO

Neçə vaxtdır ki bir gözəl ana, iki oğlu şəhid olmuş, qəhrəman-mərd Qarabağ müharibəsi veteranı Yevgeniya Semikina (hərbi hissədə Şərqiyyə xala, mama Jenya deyərdilər ona) haqda yazmaq istəyirdim.

Şərqiyyə xala Azərbaycanın çətin günlərində isti ocağını qoyub əsgərlərimizə kömək edib, dəfələrlə döyüş bölgələrində onlara əsl analıq edib. Güllədən, mərmilərdən qorxmayaraq, özünü döyüş xəttinə çatdırıb neçə-neçə yaralıların həyatını xilas edib.

 

Yevgeniya Semikina 1945-ci ildə Bakıda dünyaya gəlmişdir.Bakıda doğulsa da, onun uşaqlığı bir müddət Xaçmaz rayonunda keçib. Orada orta məktəbi bitirib, sonra isə yenidən Bakı şəhərinə gəlib və 2 saylı tibb məktəbinə daxil olub və təhsilini davam edib.

Yevgeniya milliyətcə rus olmasına baxmayaraq azərbaycan dilini çox gözəl bilirdi və azərbaycanlı dost -rəfiqələrinə daha çox üstünlük verirdi. Bakıda Tofiq adında insanla tanış olur, ailə qurur və azərbaycan ən-ənələrinə riayət edən rus qadını o vaxtlardan Şərqiyyə adı ilə yaşayır. Onların  üç övladları – iki oğul Firudin, Tərlan və Validə adında bir qızları olur. Böyük oğlu Firudin həqiqi hərbi xidmətini Almaniyada, kiçik oğlu Tərlan isə Zaqafqaziya Hərbi dairəsində xidmət keçir.

1992-ci ilin mart ayında hər iki qardaş Vətənin müdafiəsinə qalxıb və döyüş bölgələrinə getməyə qərar veriblər. Bu qərarları haqda anaya deyib və könüllü olaraq Milli Ordu sıralarına yazılırlar. Bir yerdə yazılsalar da ayrı-ayrı reyd otryadlarında xidmət edirlər. Aprelin sonunda Firudin beş günlük evə gəlir və Şuşada xidmət etdiyini söyləyir və anaya döyüşlər haqda söhbət edir. Qısa ezamiyyətdən sonra aprelin 30-da Firudin yenidən döyüş bölgəsinə Şuşaya yola düşür.

Döyüş bölgələrindən hər gün acı xəbərlər gəlir. Şərqiyyə xala həm iki oğlundan narahat qalır, o biri tərəfdən Vətənin bu günlərini görüb, bu qədər şəhid xəbərlərini eşidib və torpaqlarımızın zəbt olunduğu xəbərləri onu çox narahat edir. Evdə rahat qala bilməyən Şərqiyyə xala belə bir qərara gəlir ki, Vətənin müdafiəsində onun bildiyi və bacardığı bir tibb bacısı kimi orduya daha gərəklidi və könüllü olaraq “N” saylı hərbi hissədə xidmətə başlayır. O, hərbi hissədə kiçik oğlu Tərlan da xidmət edir. Xidmət elədiyi vaxt Şərqiyyə xala bir çox döyüş bölgələrində iştirak edir və neçə-neçə yaralı əsgərləri döyüş meydanından çıxardıb ilk tibbi yardımı göstərərkən neçə-neçə həyatları xilas edib. Xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri  çox vaxt  mama Jenya deyirdilər ona.

1992-ci ilin iyun-iyul aylarında Fizulinin qaynar nöqtələrində iştirak edən Şərqiyyə xala güllə-mərmilərdən qorxmayıb döyüş meydanından öz çiyninə söykələyib yaralıları döyüş meydanından uzaqlaşdırıb həyatlarını xilas edib. Elə an olub ki, tibb bacısı əsgərlərimizə kömək edib patron daşıyıb.

1992-ci ilin oktyabr ayında batalyonla bir yerdə Qubadlıya yola düşür.16 oktyabrda Şərqiyyə xala ikinci zərbəni alır: kiçik oğlu Tərlan haqda acı xəbər gəlir.

İki oğul itkisinə dözüb bu cür mərd-qəhrəman ana döyüş bölgələrini tərk etmir.1994-cü ilin yanvar ayının sonundan oktyabr ayına dək Ağdərə-Tərtər istiqamətində gedən ən ağır döyüşlərdə iştirak edir və əsgərlərimizlə çiyin-çiyinə verib yaralıları və şəhidlərimizin cəsədlərini döyüş meydanından çıxardıb.

Bu qəhrəman ana daimi hər birimizin xatirələrində ömrümüzün sonuna qədər yaşayır və yaşayacaq. Onun əsgər və zabitlərimizə göstərdiyi qaygıları heç vaxt unutmaq olmaz. İki oğul itirən şəhid anası,qəhrəman tibb bacısı -Yevgeniya Vladimirovna Semikina ( Şərqiyyə xala,mama Jenya) -Allah sizə uzun ömür can sağlığı versin!!!

Allah Firudin qardaşımıza,Tərlan qardaşımıza rəhmət eləsin!

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Nazilə

Mübarizim

Şərh yaz