Bu il şəhid ailələri və müharibə əlillərinə 400 avtomobil təqdim ediləcək – RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin APA-ya müsahibəsindən:

– Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı bu il nə qədər insanı əhatə edəcək?

– 2018-2020-ci illərdə şəhid ailələrinə və müharibə əlillərinə mənzil təminatı, eyni zamanda müharibə əlillərinə avtomobil təminatında kifayət qədər artıma nail olmuşuq. 2018-ci ildə cəmi 265 avtomobil, 626 mənzil təqdim etmişdiksə, 2019-cu ildə bu rəqəm avtomobildə 600-ə, mənzil sayında isə 934-ə çatıb. 2020-ci ildə 400 avtomobil və 1500 mənzil verilməsini hədəf kimi müəyyən etmişik. Göründüyü kimi, iki il ərzində iki dəfədən çox artıma nail olmuşuq. Ölkə rəhbərinin fərmanına əsasən, 2014-cü ilin 1 yanvar tarixinə qədər mənzillə bağlı növbədə olanların bütün ehtiyaclarını yaxın 2 il ərzində təmin etməyi düşünürük və buna nail olacağımıza inanırıq. Bu il avtomobil növbəsində olanların hamısını əhatə etməyə çalışacağıq. 2019-cu ildə 600 avtomobil təqdim edilib, bu il isə 400 avtomobil təqdim ediləcək. Bunun da səbəbi odur ki, növbədə olan cəmi 400 nəfər var. Məqsədimiz hər il bu rəqəmi artırmaqdır.

Şərh yaz