Fədakar şəhid – Etibar Hacıyev

Etibar Firudin oğlu Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olub. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləyib. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür.

Döyüşlərdə iştirakı

1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Subay idi.

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Göygöl rayonunda dəfn olunub.

Göygöl rayonunda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

 

Mənbə: Vikipedia

Şərh yaz