20 Yanvar faciəsindən 30 il ötür

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir.

Mubarizim.az xəbər verir ki, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar tərəfindən 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanı ziyarət olunur.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib. Ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilib

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

.

Şərh yaz