Doğum günün mübarəkdir ŞƏHİDİM

Təbriz Hamlet oğlu Əsgərov 12 yanvar 1993-cü ildə Şəmkir şəhərində anadan olub. 2010-cu ildə Nizami Gəncəvi adına tam orta məktəbi bitirib.

Çavuş Təbriz Əsgərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 6-sı isə Təbriz Əsgərov Şəmkir rayonunun Morul kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və çavuş Əsgərov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Təbriz Əsgərov göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

 

Mübarizim

Şərh yaz