Komandirin şəhid oğlu – “Qarabağ bülbülü”nün, “Ağdam aslanı”nın dünyaya göz açdığı gün..

Bu gün şəhid Sənan Rüstəmovun ad günüdür. Bu münasibətlə əvvəllər, Şəhidimizin şəhadətə yetdiyi gündə dərc etdiyimiz yazını təkrar oxucuların diqqətinə çatdırırıq. Vətənpərvərlik necə olur, Vətəni, Qarabağı sevmək necə olur, onun uğrunda canını fəda etmək necə olur, bir daha oxuyaq, paylaşaq, düşünək.

***

O, 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olub. Uşaq vaxtından atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşq edib. 1984-cü ildən “Qarabağ bülbülləri” ansamblının ən fəal üzvü olub dəfələrlə müxtəlif konsertlərdə və respublika televiziyasında ansanblla birlikdə çıxış edib.

Sənan Rüstəmov 1988-ci ilin fevral ayından başlayan milli-azadlıq hərəkatına qoşulub. Sənan 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılıb və hərbi xidmətini Qusar rayonunda davam etdirib. Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya- Müdafiə Nazirliyinə gəlib və Qarabağda xidmət göstərmək Vətəni qorumaq niyətində olduların bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala bilməyən Sənan 17 nəfər könüllü ilə birlikdə Ağdamda – Xaçınstroyda yerləşən Şirin Mirzəyevin bataliyonuna gələrək orada xidmətin davam etdirir. Sənanın fiziki hazırlığı və qorxmazlıq, cəsarətliliyin nəzərə alaraq onu kəşfiyatçı rotasına qəbul edirlər. 1992-ci il yanvar ayında erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan xeyli sayda düşmən qüvvəsini məhv edib, özü isə ayağından yaralanmasına baxmayaraq, özünə ilkin tibbi yardım edərək, əməliyat qurtarana qədər döyüş ərasindən çıxmayıb. Döyüşdən sonra onu Tərtərə, ordan da Ağdam şəhər xəstəxanasına göndəriblər.

1992-ci il 26 fevral tarixdə Xocalı faciəsi zamanı yarasının tam sağalmasını gözləmədən hərbi hissəyə qayıdıb və xidmətini davam etdirib. Sənan 1992-ci il mart ayında Malıbəyli- Quşçular kəndləri istiqamətindən, döyüş dostları Əkbər Məmmədov, Əlabbas və Aydın ilə birlikdə düşmən qüvvəlirinin arxasına keçərək Xankəndində 4 saylı orta məktəbdə yerləşən hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürərək arxaya qayıdıblar. 1992-ci il 4 aprel tarixdə Şirin Mirzəyev onu III batalyonun (komandir Əkbər Məmmədov) II rotasına komandir təyin edir. Sənan Rüstəmov 9-11 may Daşbaşı istiqamətində, yüksəklikdə yerləşən düşmənin postunu susdurmaq əmri alır və bu əmri məharətlə yerinə yetirərək düşmənin iki atəş nöqtəsini zərərsizləşdirərək 7 avtomat, 1 ədəd rəbitə aparatını qənimət götürür. Sənan Rüstəmov Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində mərdliklə vuruşmuşdur. O, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənin qəniminə çevirilmişdir.

15 may 1992-ci ildə düşmən Abdal-Gülablı kəndlərini ələ keçirmişdi. Şirin Mirzəyev düşmən qüvvələrini kəndən çıxarmaq əmri verir, Sənan Rüstəmov öz dəstəsi ilə düşmənə qarşı hücuma keçir. Şiddətli döyüş zamanı havadan döyüşə dəstək verən, Azərbaycan hərbi qüvvərinə aid SU-25 vertalyotu düşmən tərəfindən vurulur paraşutlə tullanan pilotlar düşmən nəzarətində olan əraziyə enirlər. Sənan pilota kömək emək üçün düşünmədə irəli atılır, qeyri-bərabər döyüşdə düşmən qüvvələrini məhv edərək, əsir götürülmüş polkovnik-leytinant Şuvaryovu xilas edir və öz mövqelərinə gətirir. Məlum olur ki, pilotun sənədləri düşməndə qalıb, Sənan tərəddüd etmədən geri qayıdır. Düşmənlə üz-üzə gəlir bu döyüşdədə qalib gəlir və Şuvaryovun sənədlərin götürüb qayıdarkən daha iki pilotun əsir aparıldığını görərək onları xilas etmək üçün döyüşə atılır, lakin düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir.

Bu döyüş 19 yaşlı Sənan Rüstəmovun son döyüşü olur. O, bu döyüşdə qəhrəmancasına şəhid olur.

Ağdam rayon XDSİK-nin qərarı ilə Ağdam şəhər 2 saylı orta məktəbinə Sənan Rüstəmovun adı verilib.

Musavat.com

Şərh yaz