Şəhidimizin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi baş leytenant Quliyev Mətləb Kamran oğlunun doğum günüdür.

9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulub. İbtidai təhsilini 3 saylı orta məktəbdə alıb. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. Hərbi xidmətini isə Ukraynada keçirib. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstituna daxil olur. 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır. 1992-ci ildən DİN-ə işə düzəlir, bununla da onun həyatının narahat günləri başlayır.

Mətləb Quliyev tez-tez cəbhəyə gedirdi, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışırdı. 1992-ci il 31 avqust Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Mənfur erməni quldurları yüksəklikləri ələ keçirmişdilər. Mətləb pulemyotla düşmənin üzərinə yeriyirdi onlarla erməni yaraqlısını məhv edən Mətləbin mərmisinin bitdiyini görən vəhşi azğınlaşmış ermənilər onu hər tərəfdən mühasirəyə alaraq atəş açmağa başladılar o, bu döyüşdə qəhrəmancasına şəhid olub.

 

Mənbə: Vikipedia

Şərh yaz