İndiyədək şəhid ailələri və müharibə əlillərinə 7178 ev verilib

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə 934 mənzil verilməsi nəzərdə tutulub.
Bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, cari ildə mənzillərin böyük hissəsi təhvil verilib. Ümumən indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7178 mənzil və fərdi ev təqdim edilib.

Şərh yaz