Şəhid Bəhruz Qasımovun xatirə barelyefinin açılışı olub

Badamdarda şəhid Bəhruz Qasımovun xatirə barelyefinin açılışı olub. Hafta.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov respublikamızın ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuş Qasımov Bəhruz Fazil oğlunun Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən “Şəhidlər abidəsi”ndə xatirə barelyefinin yerləşdirilməsi ilə bağlı abidəni ziyarət edib.

Tədbirdə iştirak edən RİH başçısı, şəhidin ailə üzvləri, qəsəbə sakinləri, Səbail Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri şəhidin barelyefi qarşısına gül dəstələri qoyublar.

Başçı Vüqar Zeynalov tədbir iştirakçılarına vətənimizin ərazi bütövlüyü uğrunda həyat və sağlamlıqlarından keçmiş şəhidlərimizin ailə üzvlərinə və Qarabağ əlillərinə göstərilən qayğıdan danışıb.

Qeyd edib ki, şəhidlərimizin ailə üzvləri və Qarabağ əlilləri ən yüksək diqqət və qayğıya layiq vətəndaşlarımızdır və onların problemlərinin həlli üçün bütün zəruri tədbirlərin görülməsi hər birimizin borcudur.

Şəhidin ailə üzvləri Vətən uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsinə göstərilən diqqət və qayğıya görə  öz minnətdarlıqlarını bildiriblər.

Şərh yaz