“Mübarizə cavab məktubu” adlı inşa müsabiqəsinə start verilib

Lənkəran rayonu Boladi kənd 1 saylı tam orta məktəbin hərbi rəhbəri, gənc müəllim Eldar İlqaroğlu dərs dediyi məktəbdə hərbi-vətənpərvərlik ruhiyyəsini artırmaq məqsədilə  “Mübarizə cavab məktubu” adlı inşa müsabiqəsinə start verib. Ən yaxşı inşalar mubarizim.az saytında dərc olunacaq və daha təsirli yazan şagird sonda mükafatlanacaq.

Bu müsabiqəyə bütün məktəblərdən 5-11-ci sinif şagirdləri də qatıla bilərlər. Müsabiqənin şərtləri belədir:

–          inşa məktub kimi yazılmalı;

–          Milli qəhrəman Mübariz İbrahimovun şəhid olmamışdan öncə yazmış olduğu məktuba cavab xarakterli olmalı;

–          məktubdakı xitablar şəhid Mübarizin özünə olmalı; (unutmayaq şəhidlər ölmür, daim diridirlər)

–          yazının həcmi bir A4 vərəqi formatında, doğma ana dilimizdə olmalı;

–          məna, məzmun və təsirlilik yüksək olmalı;

–          yazı göndərən şagirdlər ad, soyad, təvəllüdü, məktəbin adı və oxuduğu sinifi qeyd etməlidir.

Qeyd edək ki, yazılar ana dili-ədəbiyyat müəllimləri və digər mütəxəssislər tərəfindən yoxlanılacaq.

Yazıları həm elektron ünvana ilqaroglu85@gmail.com  həm də poçt vasitəsi ilə göndərmək olar: Lənkəran, Boladi AZ4212 , Eldar İlqar oğlu Cabbarov

Şərh yaz