Bakıda çalışan türkiyəli bərbərlərdən şəhid ailələrinə jest

Bakıda çalışan türkiyəli saç ustaları Erdi Uzun (sağda) və Kenan Güneş (solda) təqdirəlayiq təşəbbüslə çıxış ediblər.

Hər iki bərbər sosial media səhifələrindən şəhid ailələrinə səslənərək onlar üçün hər zaman ödənişsiz xidmət göstərməyə hazır olduqlarını bildiriblər.

Mübarizim.az olaraq saç ustaları Erdi və Kenan bəylərin bu nəcib təşəbbüslərini yüksək qiymətləndiririk. Hər bir insanın xidmət göstərdiyi sahədə milli təşəbbüslərlə çıxış etməsi toplumda milli vətənpərvərlik və birlik duyğularının güclənməsinə səbəb olan addımdır.

Erdu Uzunun mesajı (Ünvan: Şəfayət Mehdiyev küçəsi, 14c. 0552770660)

Kenan Güneşin mesajı (Tel: 0124360990, 0775679125)

Şərh yaz