“Oğul böyütmüşük vətən üçün…” -Şəhid əsgərimizin atası…

“Oğlumun şəhid olmasıyla fəxr edirəm”

Bunu Moderator.az-a açıqlamasında aprel döyüşlərində şəhid olan  əsgər Rəşad Niftalıyevin atası Şakir Niftalıyev deyib. Şəhid atası bildirib ki, valideyn kimi oğul itkisinə ağrısa da, oğlunun vətən yolunda şəhid olmasına görə fəxr edir:

“Bu gün Rəşadın doğum günüdür. Artıq dördüncü doğum günüdür ki, onsuz keçiririk. Rəşad ali təhsil almışdı, ziyalı idi, vətən, xalq yolunda canından keçdi. Bir valideyn kimi əziyyət çəksək də, şəhid olmasıyla təsəlli tapırıq. Oğlumla fəxr edirəm. Oğul böyütmüşük vətən üçün. Allah cəmi şəhidlərimizi rəhmət eləsin”.

Şərh yaz