Şəhid ailələrinin uşaqları üçün yay məktəbi

Şəhid ailələrinin uşaqları üçün yay məktəbi təşkil edilib.

Mubarizim.az AzEdu.az-a istinadən xəbər verir, Ailələrə Sosial Dayaq İctimai Birliyindən Təhsil portalına verilən məlumata görə, yay məktəbi Mingəçevirdə və ətraf ərazilərdə yaşayan şəhid uşaqları üçün təşkil edilib.

Məlumata görə, iki həftə ərzində şəhid övladları üçün maraqlı məşğələlər və intellektual oyunlar keçiriləcək.

Layihənin əsas məqsədi Vətənin müdafiəsində həlak olmuş şəxslərin övladları üçün yay məktəbi təşkil etməklə, onların tətil dövründə asudə vaxtlarının səmərəli keçməsinə, bilik və bacarıqlarının artırılmasına nail olmaqdan ibarətdir.

Şərh yaz