Şəhid İntiqam Abdullayevin xatirəsi əbədiləşdirildi

İyulun 30-da (2019) Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Heydər parkı” nda Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuş Abdullayev İntiqam Cavad oğlunun xatirəsi əbədiləşdirildi.

Olaylar.az bildirir ki, tədbirdə rayon nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak edirdi. Tədbirdə iştirak edənlər şəhidin həyat yolundan, Azərbaycanın torpaqları uğrunda aparılan döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs etdilər.

Sonda şəhid İntiqam Abdullayevin həyat yoldaşı Nargilə Abdullayeva çıxış edərək Səbail Rayon İcra Hakimiyyətinə, iştirakçılara təşəkkür etdi.

Şərh yaz