Milli Qəhrəmanın şəhid olduğu gündür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun şəhid olduğu gündür.
Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü ilin oktyabrın 31-də Oğuzrayonu Xaçmaz kəndində anadan olub. O, 1961-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalı Sarıcalar kəndinə köçüb, sonradan Bakıya qayıdıb işləməyə başlayıb.

1992-ci ilin martında könüllü olaraq Milli Orduya yazılıb, Goranboy, Ağdərəistiqamətlərində sücaətlə vuruşub. K.Rəhimov 1992-ci il iyulun 3-də Ağdərə yaxınlığında gedən döyüşdə şəhid olub. 1994-cü il sentyabrın 16-da ona ölümündən sonra Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Qeyd edək k, Bakının küçələrindən biri onun adını daşıyır. Paytaxtda adına park salınıb, büstü qoyulub.

Mənbə: Vikipedia
Şərh yaz