Bəsirətlə baxan, görən
Pak-pakizə ömür sürən,
Mənəviyyat ətri verən
Heç solmayan güldü Şəhid.
Getdi nəfsi ram olmaqçün,
Qaranlığa şam olmaqçün,
Həyatımız tam olmaqçün
Həyatını böldü Şəhid.
Məzar üstə çiçəklər də..
Daim arzu –diləklərdə
Yaşayırsa ürəklərdə
Kim deyir ki, öldü Şəhid.
Mələk onu öyə-öyə
Sevinc sığmır yerə-göyə
Allaha qovuşur deyə
Əcəlinə güldü Şəhid.
Müəllif: Eldar İlqaroğlu
Şərh yaz