Şəhid Mikayıl Vahabzadənin məzarı ziyarət olunub

İsmayıllı rayonunun Maçaxı kəndində Aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin məzarı ziyarət olunub. Rayon administrasiyasının, ictimaiyyət nümayəndələrinin, Maçaxı və Tircan kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə Mikayılın Aprel döyüşlərində göstərdiyi şücaətdən danışılıb.

Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş bütün şəhidlərimizin gənclər üçün örnək olduğu vurğulanıb. İşğal olunmuş torpaqlarımızın tezliklə azad olacağına əminlik ifadə edilib. Şagirdlər Mikayıl Vahabzadənin qəhrəmanlığına həsr olunmuş şeirlər səsləndirib. Şəhidin ruhuna dualar oxunub.

Mənbə: ARB

Şərh yaz