Şəhid ailəsi ilə bir gün – Video

Mesenat Xeyriyyə Cəmiyyəti şanlı “Aprel zəfəri”nin 3-cü ildönümü ilə bağlı şəhid Cabbarxan Hacıağayevin ailəsini ziyarət edib. Mübarizim xəbər verir ki, şəhidimizin ailə üzvləri ilə söhbətləşən üzvlərimiz, onlara başsağlığı verib, qayğıları ilə maraqlanıb və daim qulluqlarında olduqlarını ifadə ediblər.

Cəmiyətin üzvləri daha sonra Cabbarxanın Xocasən qəbiristanlığında yerləşən məzarını ziyarət ediblər, gül dəstələri qoyublar və onun əziz xatirəsini yad ediblər.

Bildirmək istəyirik ki, Vətən uğrunda canından keçən şəhidlərimizin bizlərə əmanət qoyub getdikləri ailələri Mesenat Xeyriyyə Cəmiyyətinin daima diqqətindədir. Təkcə anım günlərində deyil, il ərzində müxtəlif vaxtlarda onları ziyarət etməyi özümüzə borc bilirik və bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

 

Şərh yaz