Məktəblilər Aprel qaziləri ilə görüşüb

Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən 294 saylı tam orta məktəbdə vətənpərvərlik mövzusunda təbdir keçirilib.

Çıxış edən məktəbin direktoru Aynur Abdullayeva bildirib ki, əsas məqsəq şagirdlərinin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi, ordu quruculuğu barədə şagirdlərə yaş səviyyəsinə uyğun davamlı məlumatların çatdırılması olub. Həmçinin şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, Qarabağ həqiqətləri və şəhidlərimizi xatırlatmaq da əsas prioritet istiqamət təşkil edib.

Məktəbin hərbi rəhbəri Mehman Hüseynovun UBR Fəridə Ağayevanın təşkilatçılığı ilə “Hərbi vətənpərvərlik” devizi keçirilən görüşdə Qarabağ müharibəsi veteranı, Aprel qaziləri – ehtiyyatda olan baş leytenantlar Həsrət Alışov, Röyal Əşrəfov, Əhliyət Mehdiyev və başqaları iştirak edib.

Tədbirdə Azərbaycan dövlətinin qorunması naminə canlarını qurban vermiş şəhidlərin xatirəsi yad olunub. Veteranlar döyüş yolundan danışıblar. Şagirdlərin ifasında müxtəlif kompozisiyalar göstərilib.

Mübarizim

Şərh yaz