Şəhid Mübarizin son məktubu…

2010-cu il İyunun 19-dan Azərbaycanda hamı – qocalar, cavanlar, uşaqlar  – Mübariz İbrahimovun misilsiz qəhrəmanlığı, igidliyi haqqında danışır.

O, öz qəhrəmanlığı ilə göstərdi ki, canını Vətən torpaqlarının yolunda hər an qurban verməyə hazır olan igidlərimiz hələ çoxdur. Mübariz öz həyatını qurban verməklə Azərbaycana bir örnək göstərdi.

Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması çoxaldılaraq gənclər arasında sürətlə yayılmaqdadır.

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin”.

Mübarizim.com

Şərh yaz