İtaliyalı jurnalistlər şəhid ailəsini ziyarət edib

“Askanews” xəbər agentliyinin xarici əlaqələr bölməsinin rəhbəri Orietta Mocatelli, “İl Massaggero” qəzetinin əməkdaşı Resella Fabinai, “Radio Radicale” radiosunun jurnalisti Giueseppe Erminio Di Leo və “Agenza Nova” informasiya agentliyinin müxbiri Palombarodan ibarət italiyalı media nümayəndələri Xocavənd rayonuna səfər çərçivəsində Xocavənd rayonunun Qaradağlı kəndindən olan Sevil Əzizovanın mənzilinə baş çəkdilər.

Alov və Atəş adlı iki övladı Vətən uğrunda şəhid olan Sevil Əzizova Qaradağlı faciəsi haqqında jurnalistlərə geniş məlumat verib. Jurnalistlərin suallarını cavablandıran Sevil ana – “Oğulları torpağımızı, Vətənimizi, anaları qorumaq üçün böyüdürük. Biz onlarla fəxr edirik.”

Mənbə: azpress.az

Şərh yaz