“Vətən, sənin azadlığını görə bilmədim…” deyən şəhid

Zeyqəm Məhəmməd oğlu Aslanov 1973-cü ildə Zərdab rayonunun Gödəkqobu kəndində anadan olub. 1990-cı ildə orta məktəbi bitirib, 1991-ci ildə hərbi xidmətə gedib. Naxçıvandakı 777 saylı hərbi hissədə qulluq edib. Sonra Ağdam, Goranboy, Beyləqan, Füzuli və Tərtər bölgələrində mərdliklə vuruşub. Zeyqəm Aslanov 1994-cü ilin may ayının 11-də Tərtər rayonunun Seysulan kəndində qəhrəmancasına şəhid olub. Zeyqəm düşmənin 6 tankını sıradan çıxararaq, xeyli sayda canlı qüvvələrini məhv edib. Onun cənazəsini gətirən döyüş yoldaşları vurğulayıblar ki, ölüm anında Zeyqəmin baxışlarından sanki bu cümləni oxuya biliblər: “Vətən, sənin azadlığını görə bilmədim..”

Azərbaycan Respublikası Prezidentinin “Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 9 sentyabr 1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə, 15 yanvar 1995-ci il tarixli fərmanla “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. Hazırda Zeyqəmin oxuduğu Gödəkqobu kənd tam orta məktəbi onun adını daşıyır.‎

Mənbə: Vikipedia

Şərh yaz