Şəhid polkovnikin şəhadətindən bir il ötür

Şəhid polkovnikin şəhadətindən bir il ötür.

Moderator.az xəbər verir ki, söhbət polkovnik Rəhim Əliyevdən gedir. R.Əliyev ötən il yanvarın 20-də təlim mərkəzlərinin birində məşğələ zamanı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. O, yanvarın 21-də “Qurd Qapısı” deyilən ərazidə-hərbçilərin qəbiristanlığında böyük izdihamla dəfn edilib.

Xatırladaq ki, Rəhim Əliyev 1967-ci ildə Lənkəran şəhərində anadan olub. O, Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. Sonra Ukrayna Ali Akademiyasında təhsilini davam etdirib. Ukraynadan sonra bir müddət Almaniyada təhsilini davam etdirib. Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qoşularaq Ağdamın Cəvahir kəndində istehkamçılar üçün təlim yeri yaradıb. O, uzun müddət Silahlı Qüvvələrin tərkibində fəaliyyət göstərib. Polkovnik Rəhim Əliyev Azərbaycanın ilk mühəndis-istehkamçılarında olub. 1992-ci ildə Fred Asifin yaratdığı 859 saylı hərbi hissədə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib.

Polkovnik Rəhim Əliyev 2016-cı il aprel döyüşləri zamanı Lələ təpənin azad edilməsində yaxından, fəal iştirak edib. O, ölkə başçısı tərəfindən “Vətən Uğrunda” medalı ilə təltif edilib. Bundan əvvəl isə “İgidliyə görə” medalı ilə təltif edilib. R.Əliyev Silahlı Qüvvələrin ən savadlı kadrlarından sayılırdı.

Allah rəhmət eləsin!

Vasif Əlihüseyn

Şərh yaz