“Mənə yemək ver, müəllim yanına gedəcəm” – şəhid oğlunu xatırlayan ana

2016-cı ilin aprel döyüşlərində digər silahdaşları kimi o da torpaqlarımızın müdafiəsi uğrunda son qanına qədər mərdliklə vuruşdu.

Söhbət uğrunda 2016-cı ilin aprel ayının 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Orxan Əliyevdən gedir. O,1995-ci il avqust ayının 11 Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. İlk orta təhsilini həmin kəndin orta məktəbində aldıqdan sonra, Bakı Texniki Kollecində təhsilini davam etdirib və 2015-ci ildə kollecin “Yol hərəkətinin təşkili” fakültəsini bitirib. Daha sonra,Orxan Əliyev milli ordu sıralarında  xidmətə başlayıb. Elə aprelin 2-də gedən döyüşdə də, şəhid olub

Aprelin 3-də isə, Qazax rayonunun Aslanbəyli kəndində son mənzilə yola salınıb.

İndi Orxanın anası, onun uşaqlıq illərini belə xatırlayır.

O,təhsil aldığı Aslanbəyli kənd orta məktəbində də öz mülayim və xoş xarakteri ilə şagird və müəllimlərin də  böyük hörmətini qazanıb.

Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Mənbə: İnterAz

Şərh yaz