Azərbaycan şəhidləri Kərbəlada tanıtdırıldı (FOTO)

Azərbaycandan Kərbəla ziyarətinə yola çıxan Ərəfə karvanı müqəddəs şəhərə çatıb. Zəvvarlarımız  avqustun 19-u İmam Hüseynin (ə) müqəddəs hərəmində artıq ənənə halına düşmüş xüsusi məclis təşkil edib.

Məclisdə Azərbaycanın tanınmış qarisi Hacı Ruslan Qasımov və ilahiyyatçı Hacı Şahin Həsənli çıxış edib.  Hərəmin əsas minbərində zəvvarlar qarşısında xütbə söyləyən ilahiyyatçı Kərbəla hadisəsinin mahiyyətindən, insan fitrəti ilə səsləşməsindən söz açıb.

Maraqlıdır ki, hər il olduğu kimi bu il də həzrət İmam Hüseynin (ə) hərəmində Azərbaycan şəhidlərinin şəkilləri və bayraqlarımız yerləşdirilib. Bundan əlavə gənc zəvvarlarımızın köynəklərini şəhidlərimizin şəkilləri ilə bəzəyib.

Qeyd edək ki, avqustun 11-i Azərbaycandan 700 nəfərlik karvan Ərəfə günü Kərbəlanı ziyarət etmək üçün yola çıxıb.

Mənbə: Faktxəbər

 

Şərh yaz