Şəhid pilotumuzun oğlunun doğum günüdür

Bu gün aprel döyüşlərimizdə şəhid olan pilotumuz mayor Təbriz Tariyel oğlu Musazadənin doğum günüdür.
Şəhid pilotumuzun həyat yoldaşı Pərişan Musazadə  açıqlamasında şəhid həyat yoldaşı haqda öz fikirlərini bölüşüb:
“Təbrizin doğum günüylə bağlı böyük bir təəssüratları yoxdur. Çəməngözlü çox zaman işində olardı. Son il tort bişirmişdim. Gəldi nə xeyir işdir?-deyə soruşdu. Doğum günü olduğunu söylədim. Unutmuşdu. Sonra güldü. Telefonun gətirməmi istədi, çünki həmin gün dostunun da doğum günü idi. Zəng vurdu həmişəki kimi bir-birilərini təbrik etdilər. Sonra övladları ilə şamı söndürdü. Hətta Onur: “Ata, niyə tortda bir şam var? Axı sənin bir yaşın olmur”-deyə soruşdu. Təbriz də gülüb: “Qaqaş, bundan belə bir şam qoymaq lazımdır, çünki yaşım getdikcə çoxalır, şam çatmaz. Bunun yüzü var”-dedi. Deyirdi özünüzə yaxşı baxın ki, yüz il yaşayın. “Mən yüz il yaşayacam”-deyirdi. Çox təəssüf həyat… Amma həmişə tort bişirib uşaqlarla atamızın gəlməsini gözələyirdik”.
Xatırladaq ki, Təbriz Musazadə 1981-ci il avqustun 12-də anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru 2016-cı il aprel döyüşləri zamanı mayor Urfan Vəlizadə, baş-leytenant Əbu Bəkir İsmayılov ilə birgə ermənilər tərəfindən vurulan Mİ-24 helikopterinin üzvü olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhidimizin iki oğlu yadigaq qalıb.
Mənbə: moderator.az
Şərh yaz