Şəhid xüsusi təyinatlı Emin Bağırov

Emin İmran oğlu Bağırov 15 iyul 1996-cı ildə Bakı şəhərində anadan olub.

2014-cü ildə 182 nömrəli orta məktəbi bitirib. MMA və Uşu Sanda idman növü ilə məşğul olub. 2014-cü ilin oktyabrın 8-də hərbi xidmətə yollanıb. Xüsusi təyinatlılarda xidmət edib.

2016-cı il aprelin 2-sində Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınıb.

Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Şərh yaz