Şəhidlik zirvəsinə gedən yol

Dünya hərəkət edir, zaman keçir, dövr dəyişir, insanları yeniləri əvəzləyir. Bu müddət ərzində  dəyişməyən, yaddaşlara  və qəlblərə əbədi həkk olunan hadisələr baş verir. Həmin hadisələrin əksər qəhrəmanları şəhidlərdir.

Kimlər şəhid hesab edilir?

Allah, din və Vətən  uğrunda istəkli olaraq öz canını fəda edənlər şəhid adlanır. Şəhidlər bəzən elm ilə, bəzən döyüşərək bu zirvəni fəth edirlər. Şəhidlik zirvəsinə yüksəlməyə hər kəs nail olmur. Yalnız müqəddəs amal, məqsəd uğrunda irəliləyənlər həmin zirvəyə sahiblənirlər.  Onları bu mərtəbə üçün mübarizəyə ruhlandıran qəlblərindəki iman, Vətən və millət sevgisidir. Hər bir xalqın tarixini yazan şəhidləri olub. Həmçinin bir millətin azadlığı şəhidlərin şücaətinin nəticəsidir.

Odur ki, Şəhidlər bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimizdir. Onlara ehtiramla yanaşmaq isə hər birimizin borcudur. Azərbaycan əsrlər boyu böyük sınaqlardan, düşmənin hiyləgər planlarından, qanlı müharibələrdən qəhrəman igidləri sayəsində qalib çıxıb.

İşğalçı ermənilərin tarix boyu  Azərbaycana qarşı davam edən qəddar, quldur, hiyləgər münasibəti XX əsrin sonlarında ən qabarıq şəkildə özünü göstərib. Qarabağ müharibəsi həmin siyasətin bariz nümunəsidir. Hələ də davam edən mübarizə zamanı minlərlə igid olul və qızlarımız düşmənə qarşı döyüşərək şəhidlik şərbətini içib. Ən böyük arzumuz Qarabağın işğaldan azad edilməsi, həmin torpaqlarda yenidən şanlı Azərbaycan bayrağının dalğalanması, məscid minarələrindən Azan səsinin eşidilməsi, şəhidlik marşı və Azərbaycan himninin sədaları ilə şəhidlərin qisasının alınmasıdır. Şəhidlərin müqəddəs ruhunu tariximizi, işğal altında olan torpaqlarımızı unutmayaraq şad etməliyik. Qarabağ hər bir azərbaycanlının qan yaddaşıdır. Qan yaddaşını unutma!

Xankəndi              (26. 12. 1991)

Xocalı                    (26. 02. 1992)

Şuşa                      (08. 05. 1992)

Laçın                     (17. 05. 1992)

Xocavənd             (02. 10. 1992)

Kəlbəcər               (3-4.04. 1993)

Ağdərə                  (07. 07. 1993)

Ağdam                  (23. 07. 1993)

Cəbrayıl                (23. 08. 1993)

Fizuli                     (23. 08. 1993)

Qubadlı                (31. 08. 1993)

Zəngilan               (30. 10. 1993)

Qeyd: Yazı məktəblilər üçün nəzərədə tutulub. Əziz valideynlər.  Övladlarınızın vətənpərvər ruhda tərbiyyəsinə bizim də töfhəmizin olması üçün bu yazını oxumasına şərait yaratmağınızı xahiş edirik.

Sevinc Nuriyeva

Mübarizim.com

Şərh yaz