Şəhid Zülfi Qədimovun il mərasimi keçirilib

Bu gün Beyləqan rayonunda  2017-ci il fevralın 25-də Xocavənd istiqamətində düşmən təxribatının qarşısın alarkən şəhid olan Zülfi Qədimovun il mərasimi keçirilib.

Mərasimdə Xocavənd rayon icra başçısı Eyvaz Hüseynov, korpus komandiri, general-mayor Mais Bərxudarov, şəhidin silahdaşları,  şəhid ailələrinin üzvləri, veteranlar, qazilər iştirak ediblər.

Qeyd edək ki, Ağdam rayonundan məcburi köçkün düşüb Beyləqanda məskunlaşan Qədimovlar ailəsinin ikinci övladı olan 1988-ci il təvəllüdlü Zülfü Qədimov 10 ilə yaxın Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

Mübarizim.com

 

 

Şərh yaz