Zülmün rəngi: qırmızı qar

Gecədir. Hamı yatır. Bir azdan işıqlar kəsiləcək. Uzaqdan eşidilən güllə səsləri yaxınlaşdıqca soyuq və qorxudan titrəyən uşaqlarının ağlamasını eşidən analar onları bərk-bərk qucaqlayacaq. Evlərin ətrafını tanklar və bərkdən qışqıran düşmənlərin səsi bürüyəcək. Qapılar təpiklə vurularaq açılacaq. Yumun gözlərinizi təsəvvür edin bu dəhşəti.

Anaların qucağından zorla qoparılıb taxta dirəklərə mıxlanan, dəmir barellərə yığılıb diri-diri yandırılan körpələri, dişləri çıxarılıb gözləri oyulan qocaları, başının dərisi soyulub  yandırılan ataları, qarnı yarılıb körpəsi çıxarılıb özləri süngüyə keçirilən cavan gəlinləri təsəvvür etmək çətindir deyilmi?

Amma bunlar yaşanıb! Düz 26 il əvvəl fevralın 25-dən 26-na keçən gecə azərbaycanların dəhşət dolu soyqrımı baş verib. Unudanların yaddaşını təzələyib bilməyənlərə duyuraq.

1996-cı ildə yazılmış Zori Balayanın “Ruhumuzun canlanması” adlı kitabından: Mən Xaçaturla ələ keçirdiyimiz evə girdik. Bizim əsgərlər 13 yaşlı bir türk uşağını pəncərəyə mıxlamışdılar. Uşaq qışqırıb ağlayırdı. Onun dərisini soymağı əmr elədim. Qarnından başına kimi soydular. Saata baxdım uşaq 7 dəqiqədən sonra öldü. Mənim ürəyim fərəhləndi.

Bu erməni ideoloqu, Zori Balayanın yazdığı kitabdan ancaq bir neçə sətiridir. Vicdanı olan kimsə axıra kimi oxuya bilməz bu yazıları.

İnsanlıqdan payını almamış, vicdan və mərhəmət hisslərindən məhrum olan bu qaniçən ermənilərin ancaq bir nümayəndəsidir.

Əcdadlarının 1905, 1918-ci illərdə törətdiyi vəhşiliyini davam etdirmək həvəsi ilə yaşamış erməniləri hələ də bağışlamaq istəyən, onlarla sülh sazişinə razılaşanlar:

Bağışlamaq insani bir hissdir. Amma görəsən biz 20-ci əsrin əvvələrində bağışladığımız kimi yenidən bu addımı atsaq ermənilər düzələcəkmi? Xalqımıza qarşı edilən zülmləri unutsaq, bu bir daha təkrarlanmayacaqmı? Günahsız məsumların qanı yerdə qalsa, şəhidlərimiz bizi bağışlayacaqmı? Biz düşməni bağışlasaq Qarabağ bizləri əfv edəcəkmi? Xocalıda məzlumcasına öldürülən körpələrin tökülmüş qanından qırmızı olmuş qar bizə nə deyəcək?

İmam Əlinin (ə) belə bir kəlamı var. “Sənə ediləni unut, xalqına ediləni əsla unutma.”

P.S. İldə bir dəfə yox, hər gün xatırlayaq bu soyqrımı. Unutmayaq və unutdurmayaq.

 

 Nuranə Əliyeva

    Mübarizim.com

 

 

Şərh yaz