İstanbulda “Xocalıya ədalət!” fotosərgisi açılıb

İstanbulda fəaliyyət göstərən Yıldız Texnik Universitetində “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində fotosərgi açılıb.

Mübarizim.com-un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən təşkil olunan “Xocalıya ədalət!” fotosərgisi iki gün davam edəcək.

Sərginin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Yıldız Texnik Universitetinin rektoru, professor Bahri Şahin və digər rəsmi şəxslər, eləcə də yerli ictimaiyyətin tanınmış nümayəndələri, universitetin müəllim və tələbələri iştirak ediblər.

Şərh yaz