Şəhidlik adi ölümlərdən deyil

ŞƏHİDLƏR, BİZİM MƏNƏVİYYATIMIZ VƏ FƏXRİMİZDİRLƏR!

İnsan, Allah Təalanın yer üzündə yaratdığı şah əsəridir. Bəzi hisslər, meyillər vardır ki, əksər insanların xarakterində və fitrətində vardır. Haqqı sevmək, ədaləti sevmək, sülhsevərlik və s. bu kimi meyillər insanın fitrətinə Allah tərəfindən qoyulub. Bu gözəl hisslər sayəsində insan həyatında yaşamaqdan zövq alır. Belə hisslərdən biri də vətəni sevmək hissidir. Göz açandan evdə valideyinlərimiz, məktəbdə müəllimlərimiz vətən və ana kəlməsini qoşa öyrədiblər bizlərə. Vətən sevgisi haqqında şair və yazıçılarımız sözləri nəzmə çəkmiş, saysız hesabsız kitablar yazmışlar və əminəm ki, bundan sonra da yazacaqlar.

NƏDİR VƏTƏN?

Üzərində yeridiyimiz torpaqmı? İqliminə öyrəşdiyimiz məkanmı? Bəli, “vətən” üzərində yeridiyimiz naz-nemətlərlə bizi bəsləyən, dağlarıyla düşmənlərə sipər olan, ata-babalarımızın qoynunda uyuduqları torpaqlarımızdır. Vətən, babalarımızdan bizə miras qalan əmanətdir. Vətəni sevmək ən yüksək əxlaqi kefiyyətlərdən biridir. Vətəni sevmək o vaxt kamil sevgi sayılır ki, onun torpağını, havasını, bitkisini, daşını da sevəsən. Bu sevgini kamil sürətdə başa düşən kəs, onun uğrunda canından keçməyə hazır olur və bilir ki, Şəhidlik adi ölümlərdən deyil. Əgər bir torpaq üçün canını fəda edirsənsə, deməli o vətəndir. Şair deyir: “Torpaq uğrunda ölən varsa vətəndir”
Qurani Kərim şəhidlərin necə yüksək dərəcəyə çatmasını ayələrdə bəyan edir.

Uca Allah belə buyurur: “Allah yolunda öldürülənləri (şəhid olnları) ölü zənn etmə, əsil həqiqətdə onlar diridirlər”.
İmam Hüseyn (ə) buyurur: “Bütün bədənlər ölmək üçün yaradılıbsa, Allah yolunda qılınc zərbələri altında ölmək nə qədər xoşdur!”. Məlum məsələdir ki, bizim də vətənimiz can Azərbaycanımız illərdir ki, haqsız müharibəyə cəlb olunub. Vətənimizin 20 faizi düşmən işğalı altındadır. Əsrlərdir həm torpaqlarımız, həm maddi sərvətlərimizə göz tikənlər olub. Hətta dinimizdən uzaqlaşmağımız üçün səylər göstərilib. Amma vətənimizin mərd oğul və qızları düşmənlərə qarşı layiqli cəsarət göstəriblər. Belə qəhrəmanlrdan biridə günümüzün qəhrəmanı Mübariz İbtrahimovdur ki, vətənin yolunda milli kimliyi sübut edən və bütün gənc nəsillərə örnək oldu. Mübariz İbrahimovun son vida məktubunda bir neçə misraları xatırladıram.

“Canım Atam və Anam! Mənnən sarı darıxmayın inşəAllah Cənnətdə görüşəcəyik, mənimçün bol bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür, Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olsam ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim Allaha ibadətlərinizi də dəqiq yerinə yetirin, çoxlu sədəqə verin. Seyyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyukdur vətən sağolsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Bu məktubun hər sətri qızıl xətlərlə tarixə yazılmalıdır. Amma bir cümlə xüsusi məni təsirləndirdi: “Seyyid nəvəsi olaraq bunu etməliyəm”. Bəli İmam Hüseyn (ə) buyurur: “Zillət bizdən uzaqdır”. Bəli nə qədər ki, bu torpaq Mübarizləri, Fəridləri, Çingizləri yetirir vətən basılmayacaq.

🖍  KİFAYƏT KƏRİMOVA

   Mübarizim.com üçün

Şərh yaz