Bu gün şəhid Rahib Quliyevin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Rahib Quliyevin şəhid olmasında bu gün iki il keçir.

Mubarizim.com-un məlumatına görə, leytenant Rahib Quliyev 2016-cı ildə, fevralın 10-u Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

Fevralın 11-i isə Rahib Quliyev doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Quliyev uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Rahib Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

Şərh yaz