“Qardaşım dedi ki, şəkildəki atandır” – şəhidin oğlu 27 il sonra

20 yanvar şəhidi – Zahid Abdullayev artıq 27 ildir ki, doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Uzunoba kənd qəbristanlığında uyuyur.

31 yaşında şəhid olan Zahid Abdullayevi yad edənlər arasında nəvələri də var.

Zahid Abdullayevin 3 övladından sonuncusu – Turalın artıq 27 yaşı var. Atası şəhid olarakən o, 5 aylıq körpə olub. 5-ci sinifdə oxuyana qədər atasının vətən uğrunda canından keçdiyini bilməyib. Maşınqayırma zavoduda işləyən atasının 20 Yanvar gecəsi meydan etirazlarına qoşulmasını anasından öyrənib. Gecəboyu axtarışlar nəticəsiz qalıb. Yalnız faciənin səhəri Zahid Abdullayevin nəşinin doğulduğu Uzunoba kəndində gətirildiyini öyrəniblər.

Şəhidin adandan olduğu kəndin məktəbi onun adını daşıyır. Zahid Abdullayev adına Uzunoba kənd tam orta məktəbinin foyesində şəhidin xatirə lövhəsi yaradılıb. Hər il məktəbdə şagirdlərin iştirakı ilə tədbirlər keçirilir, faciəyə həsr olunan inşa və rəsm müsabiqləri təşkil edilir.

20 Yanvar şəhidi Zahid Abdullayevin Xaçmaz şəhərində yerləşən Şəhidlər xiyabanında xatirə lövhəsi yaradılıb. Mənbə: ARB

https://www.youtube.com/watch?v=ttD3FHpv5i0

Şərh yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.