Əlli dörd gün erməni mühasirəsində – I yazı

Mübarizim.com Qarabağ müharibəsi iştirakçısı, yazıçı Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabından yazıları təqdim edir. Kitabda erməni işğalı zamanı mühasirədə qalan Azərbaycanlı döyüşçülərin xatirələri toplanıb. Müəllif ilk dəfə kitabı 2012-ci ildə dərc etdirib.  “54 gün erməni mühasirəsində” kitabının birinci nəşri çox uğurlu olub, kitabın ölkədə, xaricdə təqdimatları keçirilib. 2012-ci ildə Əli müəllimin, onunla birgə mühasirədə qal­mış başqa adamların əzablı günlərindən bəhs eləyən “54 gün mühasirədə” adlı sənədli film də çəkilib. (Ssenari müəl­lifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.)

Birinci nəşrin bütün tirajı pulsuz paylanıb. Kitabı əldə eləmək istəyənlərin sayı onun nüsxələrinin sayını keç­di­yinə görə “54 gün erməni mühasirəsində”ni ikinci dəfə nəşr eləmək planı qurulub. Amma…

Əli Əli­yevi 2016-cı ilin 14 fevral günündə Bakıda yolu piyada keçəndə maşın vurub,  koma vəziyyətinə düşüb. “54 gün erməni mühasirəsində” kitabının ikinci nəşri işıq üzü görəndə onun müəllifinin komaya düşdüyü gündən beş ay sonra onun müalicəsinə kömək məqsədilə nəşr edilib. Bir ildən çox koma vəziyyətinə qalan Əli Əliyev haqqın rəhmətinə qovuşub.

Kitabı Mübarizim.com saytına yazıçının oğlu, jurnalist İmdad Əlizadə təqdim edib. Silsilə olaraq kibada əks olunan hadisələri siz dəyərli oxucuların diqqətinə çatdıracağıq.

Birinci hissə

BAYQUŞLARIN GƏLİŞİ

1980-ci illərin sonunda Dağlıq Qara­bağ­­da erməni­lərin başlatdığı və get­­dik­cə genişmiqyaslı müha­ri­bə­yə çev­rilən separatçı fəaliyyətin acı təsiri Azərbaycanın hər tərə­find­ə olduğu kimi, Laçın rayonunun Oğuldərə kən­dində də hiss olunurdu. Əhali daim təşviş içində ya­şa­yırdı.

Təşviş içində olanlar yalnız erməni separatçılarının ya­­ra­tdıqları təhlükə ilə üz-üzə qalanlar deyildi. Ölkədə çə­­tin və gərgin vəziyyət yaranmışdı. Prezident Ayaz Mü­­təl­libovla müxalifətdə olan Azərbaycan Xalq Cəb­hə­si ara­sın­da qarşıdurma dərinləşmiş, barışmaz xarakter al­mışdı. Be­lə bir vəziyyət torpaqların müdafiəsini təşkil et­məyi çə­tin­ləş­dirirdi. Bakıda  siyasi qüvvələr ha­ki­miy­yət uğrunda mübarizə apardığı bir dövrdə biz tor­paq­la­rı­mı­zın, ailə­mi­zin gələcəyindən narahat idik, çıxış yolu ax­tarırdıq. Ey­ni zamanda, proseslərin hansı istiqamətdə in­kişaf edəcəyini müəyyənləşdirmək də mümkün de­yil­di. Hər gün dəyişən xəbərlər, hakimiyyət rəsmilərinin, si­yasətçilərin erməni separatçılarının hərəkətlərinə fərqli ya­naşmaları sabah nə baş verəcəyi haqda qənaətə gəl­məyə imkan vermirdi.

Oğuldərə kəndi Laçının mərkəzindən 70 kilometr uzaq­da yerləşir. Kənd Kəlbəcərlə həmsərhəddir, La­çın ərazisi burada qurtarır. Oğuldərə Laçının Zağaltı, Dam­bulaq, İmanlar kəndləri ilə qonşudur. Kəndin sər­hə­di aşağı tərəfdən Ağsu dərəsi ilə başlayır və Kəlbəcərlə sər­həddə Yelli gədikdə, El yolunda qurtarır. Dərənin na­ra­hat yoxuşundan düzə çıxan kimi yol boyu bir-birinə ya­xın, həyəti çəpərli, qapısında tövlə, bağ-bostanı olan, qış­da dümağ qara bürünən, yaz-yayda yaşıllığa qərq olan evlər görünür. Getdikcə kəndin gözəl və geniş mən­zərəsi açılır və bu mənzərə tez-tez dəyişir. Kəndin ara­sıyla uzanan maşın yolundan həyətlərə cığırlar ay­rı­lır. Bu yol və cığırlar qollu-budaqlı bir ağac kimidir, uca dağlara sarı uzandıqca uzanır.

Oğuldərə adamları soykökləri ilə tanınır. İlyaslar (Ey­laslar), Məcnunuşağı (Möjdünlər), Məmməduşağı, Qı­lı­cuşağı, Seyidlər, Xıdıruşağı, Şərəfli, Ağlaruşağı və s. Oğuldərəlilər Qaraçanlı tayfasındandırlar. Laçının və Kəl­bə­cə­rin bir neçə kəndi Qaraçanlı soyköklüdür, bu tay­fa­dan­dır.

1992-ci ildə Oğuldərənin min nəfərdən artıq əhalisi var­dı. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi fəaliy­yət göstərirdi, klub və uşaq bağçasının tikintisi ba-şa çatmışdı. Digər kəndlərdə olduğu kimi, Oğuldərə sa­kin­lərinin də əsas məşğuliyyəti kənd təsərrüfatı, xüsusən də heyvandarlıq idi. Qışda evlərin əksəriyyətində ha­na­lar qu­ru­lur, gəbə-kilim toxunurdu. Sakinlər dövlətdən əmək­­haq­qı, pensiya, uşaqpulu da alırdı. Buna bax­ma­ya­raq, ək­sər adamın yaşayış səviyyəsi aşağı idi.

Payız olanda bir qrup sakin ailəsi ilə birlikdə arana kö­­çür, yazda yenə qayıdıb gəlirdi. Gənclər təhsil, iş, ra­hat yaşa­yış üçün şəhərlərə üz tuturdular. Kəndi bəyən­mə­­yən­lərin çoxu sonralar köçkünlük fəlakətinə, doğma yurd-yu­vanın, ev-eşiyin itkisinə dözə bilmədi, ürəkləri da­yandı. Köç­künlük dərdi insanların üzündən gülüşü, tə­bəssümü  də apardı, yerini dərd-qəm aldı. Ölkənin müx­təlif rayon və kəndlərində məskunlaşmış insanlar il­lər­lə bir-birini görmür, vəziyyətindən məlumatları ol­mur. Yalnız toyda-yasda görüşə bilirlər. Heç toylar da əv­vəlki kimi keçmir. İndi köçkünlərin toyları daha çox il­lərlə bir-birinin həsrətini çəkən insanların görüş yerinə çev­rilib.

Qarabağ müharibəsi zamanı Oğuldərə silaha sarıldı. Azər­baycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Ba­xış Mirzəyev, Qərib Rzayev şəhid oldu, Vəli Bəşirov, Şə­fa Məcnunov, Nurəddin Məcnunov, Mübariz Məc­nu­nov, Xəyyam Məcnunov, Ələddin İsgəndərov ömürlük əli­lə çevrildilər. İtkin düşən Temir İbrahimov, Ağaşirin İb­rahimov, Mötəbər İbrahimov, Xaqani Məcnunov, Pə­nah Məmmədov və İbadət Nəcəfovun taleyindən isə bu­gü­nədək heç bir məlumat yoxdur.

1993-cü ildə Qarabağda ağır döyüşlər gedirdi. Er­mə­ni­lər 1992-ci ildə Laçını, Dağlıq Qarabağı, Şuşanı, 1993-cü ildə Kəlbəcəri işğal etmişdilər. Məcburi köç­kün­lərin vəziyyəti ağır idi. Oğuldərədən bir necə ailə Şə­ki­də məskunlaşmışdı. 1993-cü ilin sonunda Möh­sün Qasım oğlu Məcnunov Şəkidə və ətraf rayonlarda məs­kun­la­şan bir neçə gənci toplayır və döyüşə getməyi məs­lə­hət görür. Həmin gənclər Möhsün Məcnunovun məs­lə­hə­tini dinləyir və döyüşə getməyə qərar verirlər. Gənclər arasında döyüşdə olmuş və yaralanaraq hos­pi­tal­da müalicə alıb sağalmış gənclər də vardı.

Döyüşə yollanan şəxslər bunlardır: Məcnunov Xə­qa­ni Vaqif oğlu, Məmmədov Pənah Balay oğlu, Məc­nu­nov Şahsuvar Ziyad oğlu, Məcnunov Hidayət Qubad oğ­lu, Məcnunov Xəyyam Möhsün oğlu.

Möhsün Məcnunov onları Tərtər rayonunda yerləşən hər­bi hissəyə gətirir. Bu  hərbi hissədə Oğuldərədən olan bir necə gənc də döyüşürmüş. Oğuldərəli gənclər hər­bi hissəyə gəldikləri gün Ağdam istiqamətində dö­yü­şə yollanırlar. Elə həmin gün də – 1993-cü il dekabr ayı­nın 28-də mühasirəyə düşürlər. Məcnunov Xəqani Va­qif oğlu, Məmmədov Pənah Balay oğlu döyüşdə itkin dü­şürlər. Onların sonrakı taleyi haqqında bu gün də heç bir məlumat yoxdur.

Xəyyam Möhsün oğlu Məcnunov isə ağır yaralanır. Uzun müalicədən sonra sağlamlığı qismən bərpa olunur. Qa­rabağ müharibəsi əlilidir.

Oğuldərə kəndi erməni yaşayış məntəqələri ilə həm­sər­həd deyil. Erməni separatçıları daha çox həmsərhəd kənd­lərə hücum edir, Laçının mərkəzini atəşə tutur­du­lar. Azərbaycan Ordusu hələ yenicə yaranmağa baş­la­yır­dı. Ona görə də erməni separatçılarının qarşısına çıx­ma­ğa, hücumunu dəf etməyə hərbi qüvvə çatmırdı. Bu işi kənd sakinləri, qonşu kəndlərdən köməyə gələnlər və kö­nüllü özünümüdafiə dəstələri həyata keçirirdi. Demək olar ki, hər kənddə özünümüdafiə dəstələri yaradılırdı. Ra­yon mərkəzindən tez-tez kömək istənilirdi.

1992-ci ilin soyuq qış ayları idi. Hava qarlı və şax­talı idi. Küləyin vıyıltısı və tufanın uğultusu ac qurd ki­mi ulayırdı. Qar göydən elə yağırdı, sanki ələkdən un ələ­nir. Belə bir vaxtda Laçından xəbər göndərildi ki, əhali köməyə gəlsin, ermənilər yenə hücuma keçib. Ha­va sərt olsa da, xəbər bir anda kəndin hər evinə yayıldı. Əli silah tutan kəndin ortasına toplandı. Ata-babadan qa­lan ov silahlarını götürüb Laçına köməyə getdik.

Qonşu kəndlər də  köməyə çağırılmışdı. Qar, çovğun in­sanların yolunu kəsə bilmədi. Erməniyə nifrət və vətən sevgisi insanı qılınc kimi kəsən qar-çovğundan qat-qat güclü idi.

Köməyə gedənlər nə vaxt geri qayıdacaqlarını bil­mə­diklərindən özləri ilə mümkün qədər çox azuqə də gö­türdülər. Amma bu məsələdə ehtiyatlı olmaq lazım idi. Çünki bizi aldada, əvvəlcədən hazırlanan plan əsa­sın­da silahları təhvil verməyi tələb edə bilərdilər. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azər­bay­can­da, xüsusən Ermənistanla sərhəddə yaşayan əhalidən ov silahlarını belə toplayırdılar. Hamını xəbərdar etdim ki, və­ziyyəti öyrənmədən silahları heç bir halda Laçına, ra­yon mərkəzinə aparmaq olmaz.

Qarıkaha kəndindən keçib getdik. Bu kənddən rayon mər­kəzinədək xeyli məsafə var. Qarıkahaya çatanda or­ta­­ya problem çıxdı. Buradan rayon mərkəzinə necə get­mə­li? Silahı da yolda qoymaq olmazdı. Rayonun mər­kə­zin­də dərin bir dərə var. Maşın orada qaldı. Biz Xalq Cəb­həsinin Laçın rayon şöbəsinin qərargahına yol­lan­dıq. Öyrəndik ki, təh­lükə hələlik sovuşub, erməni se­pa­rat­çılarının hücu­mu­nun qarşısı alınıb. Evə qayıtmalı ol­duq. Gecənin soyuğu ha­mının iliyinə işləmişdi. Üç dəfə La­çına köməyə getdik. Am­ma heç birində bizi döyüşə gön­dərmədilər.

Yeni yaranan özünümüdafiə batalyonunun əs­gər­lə­ri­nə kö­mək üçün pul, ərzaq, yun corab yığıb çatdırırdıq. İn­san­lar sonuncu qəpiklərini, ayağının corabını məm­­nu­niyyətlə əsgərlərə verirdilər. İnanırdıq ki, onlar tor­paq­­la­rı­mı­zı, bizi düşməndən qoruyacaq. Təəssüf ki, belə ol­madı.

***

Dağlıq Qarabağda yaşayan ermənilərin 1989-cu il­dən Ermənistanla quru yol əlaqəsi kəsilmişdi. Laçın–Go­rus yolu bağlandığına görə Dağlıq Qarabağ er­mə­ni­lə­ri Ermənistana təyyarə və vertolyotla gedib-gəlirdilər. Qa­rabağdan Ermənistana gedən hava dəhlizlərindən biri Oğul­dərənin üzərindən keçirdi.

Gün ərzində onlarla vertolyot Ermənis­tan­dan Qa­ra­ba­­ğa və əks istiqamətə uçurdu. Lakin Oğuldərədə yer­lə­şən və guya gecə-gündüz keşik çəkən hərbçilər bir dəfə də ol­sun ermənilərin vertolyotlarına atəş açmırdılar. Yer­li sa­kin­lər buna öz etirazlarını bildirəndə isə “Yu­xa­rı­dan icazə ver­mirlər” cavabını alırdıq. Sonralar məlum ol­du ki, hə­min təyyarə və vertolyotlar Ermənistandan Dağ­lıq Qara­ba­ğa silah-sursat daşıyırmış. Bu silahlardan Azər­baycan tor­paq­larının işğal olunmasında istifadə edil­di.

Bir fakt, yəqin ki, Oğuldərə sakinlərinin yad­da­şın­dan heç vaxt silinməyəcək. Kənd sakinləri təhlükənin ya­xın­laş­dığını hiss etdiklərindən bir neçə yerdə post qur­­muş­dular. Postda dayananlardan biri Ermənistandan Qa­rabağa uçan vertolyota atəş açmışdı. Bu hadisənin üs­tün­dən bir-iki gün keçməmiş Laçın rayonunun milis və təh­lükəsizlik orqanlarından nümayəndələr gəlib kənddə ax­tarış apardılar, sakinləri sorğu-suala tutdular. Hüquq-mü­hafizə orqanlarının əməkdaşları atəşi kimin və nə sə­bə­bə açdığını araşdırırdılar. Onların məqsədi erməni ver­tolyotuna atəş açan şəxsi tapıb cəzalandırmaq idi. An­caq heç kim ad çəkmədi. Onlar da atəş açanı tapa bil­mə­yib geri qayıtdılar.

***

1992-ci il fevralın 25-dən 26-na keçən gecə er­mə­ni­lə­rin Xocalıda törətdikləri  soyqırımıdan sonra Oğul­d­ə­rə sakinləri arasında narahatlıq daha da artmışdı. Bu qır­ğın­dan sonra kəndə sanki qəm dumanı çökmüşdü. Adam­lar günün əksər hissəsini televiziya və radionun qar­şısında keçirir, hadisələri həyəcanla izləyirdilər. Hər yer­də bu məsələlər müzakirə olunur, ermənilərin hü­cu­mu zamanı kəndi necə müdafiə etmək götür-qoy edi­lir­di. Sanki böyükdən-uşağa hamı erməni təhlükəsinin tez­lik­lə Oğuldərəyə çatacağını duyurdu…

Ancaq 1992-ci ilin yaz aylarında kənddə həyat öz axa­rı ilə davam edirdi. İlin bu çağında bizim yerlərdə tə­biət göz oxşayır. Artıq yazın isti nəfəsi duyulur, dağları ağ ümmana çevirən qar əriyib yox olur, çaylarda axan su­ya dönür, dağlar və düzənliklər yaşıllaşır, novruzgülü, bə­növşə və nərgiz dağların döşünü bəzəyirdi. Payız ay­la­rında isti yerlərə uçub gedən quşlar, mal-qoyun sax­la­maq üşün aran rayonlarına köçmüş insanlar geri qa­yı­dır­dı­lar…

Erməni separatçılarının törətdikləri təhlükə, atəş səs­lə­ri təbiətin bu gözəlliyinə və füsunkarlığına təsir gös­tər­mək qüdrətində olmasa da, hiss olunurdu ki, artıq adam­lar bu gözəllikdən çox da həzz almır, yazın gə­li­şi­nə ürəkdən sevinə bilmirdilər. Ancaq kənd sakinlərinin əli işdən soyumamışdı. Hamı bağ-bostanını əkib-be­cə­rir, yaylağa köçməyə hazırlaşırdı. Heç kəs Laçının işğal olu­nacağına inanmırdı.

1992-ci ilin may ayının 8-i Azərbaycan tarixinə və xal­qımızın yaddaşına qara hərflərlə yazıldı. Azərbay­canın mə­dəniyyət paytaxtı olan qədim və gözəl Şuşa düşmən cay­nağına keçdi, ermənilər Şuşanı işğal etdi. Artıq ha­mı­nın qulağı səsdə idi, kənd sakinləri arasında yalnız bir mə­sələ müzakirə olunurdu: Laçının və bizim taleyimiz ne­cə olacaq? Laçın da düşmən əlinə keçəcək? Bu arada şa­yiələr də sürətlə yayılır, kənd sakinlərini qorxu içində sax­layırdı.

1991-ci ilin sonlarından yaranmağa başlayan Azər­bay­can Ordusunun bölmələri Oğuldərə ərazisində bir neçə post qurmuşdu. Hərbi hissənin qərargahı qonşu Qor­çu kəndinin məktəbində yerləşirdi. Tez-tez qə­rar­ga­ha gedir, yaranmış vəziyyəti öyrənməyə çalışırdıq.

***

Laçınlılar, o cümlədən Oğuldərə camaatı dəhşətli köç­künlük bəlasına düçar oldu 1992-ci ildə! Abad kənd­ləri yüz ilin xarabalığına döndərən il oldu 1992. Hələ 1991-ci ilin axırlarından – Laçının işğal olunduğu 1992-ci ilin 18 mayına, qaçqın düşdüyümüz günlərə xeyli qal­mış – kənddə bir narahatlıq vardı. Bəziləri fəlakət ola­ca­ğı­nı düşünürdülər. Narahat olanların əksəriyyəti yaşlı in­sanlar idi. Cavanlar bu məsələyə o qədər də əhəmiyyət ver­mir­dilər. Sonrakı hadisələr yaşlıların nara­hat­lı­ğı­nın əsas­sız olmadığını göstərdi. Doğma yurdumuz iş­ğal olun­du, evimizdən didərgin düşdük, ağır köçkünlük hə­yatı yaşa­malı olduq.

Kəndə haradansa sayı-hesabı olmayan bayquş uçub gəl­mişdi. 1992-ci ilin əvvəllərində bayquş sanki bu kənd­dən başqa yer tanımırdı, özünə yuva qurmağa yeri yox idi. İkinci hal kənddə itlərin ulaşması idi. Bir it ulamağa başlayanda elə bil obanın itləri bunu göz­lə­yir­miş kimi ağız-ağıza verib ulayırdı. İtlərin səsindən qulaq t­utulurdu. Yaşlı insanlar bayquşların kəndə yığışmasını da, itlərin ulaşmasını da bədlik əlaməti sayırdılar.

Novruz bayramına yaxın itlərin ulaşması, demək olar, hər gün bir neçə dəfə təkrarlanırdı. Yaşlılar de­yir­di­lər ki, 1937-ci ildə də (repressiya illərini nəzərdə tu­tur­dular), İkinci dünya müharibəsi illərində də belə olub: “Cavanlar getdi müharibəyə, kənddə başıpapaqlı qal­madı”.

***

1992-ci il qeyri-adi il oldu. Getsin, gəlməsin. May ayı­nın 14-ü idi. Bakıdan gəlmiş maşınlar kəndə çatdı. Ma­şınları Bakıdan Oğuldərəyə kənd sakini Baxşeyiş Ağa­yev gətirmişdi. O bildirdi ki, artıq Laçın tamamilə bo­şalıb, rayon mərkəzində hərbçi və polislərdən başqa, de­mək olar ki, heç kim qalmayıb. Oğuldərə rayon mər­kə­zindən 70 kilometr uzaqda yerləşdiyindən rayonda han­sı hadisələrin baş verdiyindən çətin xəbər tuta bi­lir­dik, bəzi hallarda isə bu məlumatlar doğru olmurdu.

Laçın rayonunun mərkəzində yaşayan əhali köçsə də, kəndlərdə hələ də yaşayış vardı. Köçmək istəyən çox ol­duğundan Laçında maşın tapmaq mümkün deyildi. Biz isə köçmək, doğma ev-eşiyimizi tərk etmək is­tə­mir­dik. Ona görə də çıxılmaz vəziyyətə düşmüşdük. Tə­əssüf ki, həyatımızı qurtarmaq üçün kəndi tərk eləməkdən başqa çıxış yolumuz da qalmamışdı.

Bir yerə yığılıb xeyli məsləhətləşdik. Əksəriyyətin fikri ondan ibarət oldu ki, biz heç yerə köçməməli, ermənilərə müqavimət göstərməliyik, ata-babalarımızın uyuduğu doğma və müqəddəs torpaqlarımıza düşmən ayağının dəyməsinə imkan verməməliyik. Hətta Bakıdan gələn maşınları geri qaytarmaq da istədik. Lakin gözümüzün qabağına Xocalı soyqırımı, ermənilərin ora­da azərbaycanlı qız-gəlinlərin, qadın və körpələrin, qo­ca­ların başına gətirdiyi faciələr gəldi. Belə qərara aldıq ki, qocaları, qadınları və uşaqları erməni cəlladlarının cay­nağına vermək olmaz. Ona görə də yaşlılar, uşaqlar və qadınlar daha təhlükəsiz yerə köçürülməlidir.

Ancaq Bakıdan gələn maşınlarla yalnız bir neçə evin əş­yalarını köçürmək olardı. Bu səbəbdən hər evdən bir ne­çə xalça, yorğan-döşək götürmək mümkün oldu. Qo­ca-qarını, uşaqları və qadınları maşınlara mindirdik. Hamı ağlaşır, heç kəs ev-eşiyindən ayrılmaq istə­mir­di. Yaşlı insanları isə erməni təhlükəsinin real ol­du­ğu­na inandırmaq, kənddən çıxarmağa razı salmaq ol­duq­ca çətin idi.

Anam Rəhimə İbrahimovaya dedim ki, erməni silah­lı quldurları Laçını işğal ediblər, kəndləri zəbt edə-edə Oğul­dərəyə yaxınlaşırlar. Ona görə də burada qalmaq ol­maz, ermənilər bizi qırar, əsir aparar, hazırlaş, gedirik. Am­ma anam kənddən çıxmaqdan imtina etdi. Dedi ki, bu­ra bizim ata-baba yurdumuzdur, min bir əziyyətlə ev tik­mişik, indi buranı qoyub heç hara gedən deyiləm, er­mə­nilər burada qala bilməz, gəlsələr də, çıxıb ge­də­cək­lər. Mənim təkidlərim nəticəsiz qalırdı. Vəziyyət belə olan­da anama dedim ki, kənddən çıxmağımız mü­vəq­qə­ti­dir, uzağa getmirik, Çilgəz dağını aşıb Kəlbəcərin Tir­ke­şəvənd kəndinə gedəcək, bir necə gün orada qa­la­ca­ğıq. Vəziyyət sakitləşəndə, ermənilərin hücumunun qar­şısı alınanda geri qayıdacaq, evimizdə yaşayacağıq. Da­yanıb danışmağa vaxt yox idi. Düşmən təhlükəsi ya­xın­laşırdı, ermənilər Laçının rayon mərkəzinə yaxın kənd­lərini işğal edib evləri yandırırdılar, tüstü ərşə qal­xır­dı. Əslən Bakıdan olan sürücü burada vəziyyətin belə ağır olduğunu təsəvvür etmirmiş, gördüklərindən dəhşətə gəlmişdi, ciddi təlaş keçirir, bizi tələsdirirdi.

Uşaqları hazırlayıb paltarlarını geyindirdik, maşına müəy­yən kiçik əşyalar yığdıq, dəfələrlə evə qayıdır, nə­sə götürüb kəndin ortasında dayanmış maşına aparırdıq. Ba­şımız qarışıq idi. Beş evin hərəsindən bir necə kiçik əş­yanı maşına yığdıq, 40 nəfərə qədər adam üçün yer sax­ladıq.

Maşın hazır oldu, yola düşürdük. Anamı aparmaq üçün evə qayıtdım. Amma tapmadım, evdə yox idi, hə­yə­tə çıxıb çağırdım, cavab vermədi, uşaqlar qaça-qaça ət­rafı axtardılar, yerini müəyyənləşdirə bilmədik. Artıq ha­mı maşına yığılmışdı, axşam düşürdü.

Elə bu arada məlumat aldıq ki, erməni silahlı dəs­tə­lə­ri Laçının mərkəzini işğal edib, Laçın–Qubadlı yo­lu­nu isə bağlayıblar. Bizim bir yolumuz – Murovdağdan aşan Laçın–Kəlbəcər–Xanlar (hazırkı Göygöl rayonu) yo­lu ilə hərəkət etmək imkanımız qalırdı. Murovda isə, de­mək olar, ilin bütün fəsillərində qar olur və hər maşın bu dağ yolunda hərəkət edə bilmir. Üz tutduq Kəlbəcərə doğ­ru. Anam kənddə qaldı. Lakin tək olmadığından o qə­dər də narahat deyildim. Oğuldərədə hələ xeyli adam var­dı. Həyat yoldaşım Zeynəb Əliyeva və böyük oğlum, 12 yaşlı İmdad Əlizadə mal-qoyuna baxmaq, təsərrüfatı ida­rə etmək üçün kənddə qaldılar, özüm isə uşaqları qo­hum­lar­dan birinin evində yerləşdirdikdən sonra dərhal ge­ri qayıtmağı planlaşdırırdım. Maşındakı kənd sa­kin­lə­ri bunlar idi:

  1. Əliyev Əli Əliqəmə oğlu
  2. Əlizadə Turac Əli qızı
  3. Əlizadə Babək Əli oğlu
  4. Əlizadə Mirzə Əli oğlu
  5. Əliyeva Rəhimə Əli qızı
  6. Əliyev Xıdır Əli oğlu
  7. İlyasov Yahya Kərbəlayı Qənbər oğlu
  8. İlyasova Hürü İsmayıl qızı
  9. İlyasov Ənvər Molla Zülfüqar oğlu
  10. İlyasova Pəri Xudaverdi qızı
  11. Zülfüqarov Arif Ənvər oğlu
  12. Zülfüqarova Səfa Arif qızı
  13. Zülfüqarova Sayalı Arif qızı
  14. Zülfüqarova Raya Arif qızı
  15. Zülfüqarov Ənvər Arif oğlu
  16. Zülfüqarova Pəri Arif qızı
  17. Zülfüqarova Qızbəs Arif qızı
  18. İlyasova Gülgəz Şamil qızı
  19. Ağayev Baxşeyiş Qəzənfər oğlu
  20. İlyasova Nərgiz Yahya qızı
  21. Ağayeva Nərgiz Hümbət qızı
  22. Ağayeva Tünzalə Baxşeyiş qızı
  23. Ağayev Əhməd Baxşeyiş oğlu
  24. İlyasov Məhəmməd Yunus oğlu
  25. İlyasov İlyas Yunus oğlu
  26. İlyasova Zibeydə Yahya qızı
  27. İlyasova Şəfiqə İsmayıl qızı
  28. Əmrahova Məhluqə İsrafil qızı
  29. İlyasov Vüqar İlyas oğlu
  30. İlyasova Məhluqə İlyas qızı
  31. İlyasov Məhəmməd İlyas oğlu
  32. İlyasova Məlahət Xasay qızı
  33. İlyasov Xaləddin Əşrəf oğlu
  34. İlyasov Dağbəyi Əşrəf oğlu
  35. Məmmədov Pənah Balay oğlu (Pənah 1993-cü il de­kab­rın 28-də Ağdam rayonunun Güllücə-Salahlı kənd­ləri uğrunda gedən döyüşlərdə itkin düşüb).

Ardı var…

Şərh yaz