Zəhranın qətli ilə bağlı Avropa Məhkəməsinə müraciət

Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlılar- iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsi ilə bağlı İnsan Hüquqları üzə Avropa Məhkəməsinə müraciət edilib.

Bu barədə AzVision.az-a açıqlamasında Zəhra Quliyevanın atası Elnur Quliyev məlumat verib:

“Artıq bir neçə gündür ki, qızımın və anamın ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı Avropa Məhkəməsinə müraciət etmişik. Lazım olan sənədlər göndərilib. Bütün dünya bilməlidir ki, övladım və anam günahsız yerə ermənilər tərəfindən vəşhicəsinə qətlə yetirilib”,- deyə E.Quliyev bilidrib.

Qeyd edək ki, Ermənistan ordusu iyulun 4-də Azərbaycana qarşı növbəti qanlı cinayətini həyata keçirib.

Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Hafiz Əhmədov
AzVision.az

Şərh yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.