Milli qəhərman Allahverdi Bağırov “Qarabağ” ın ilk məşqçisi idi

Milli Məclisin deputatı Tahir Mirkişili “Qarabağ” futbol klubunun Çempionlar Liqasına vəsiqə qazanması ilə bağlı sosial şəbəkədə fikirlərini açıqlayıb.

O qeyd edib ki, bu gün 2 Qarabağ var. “Biri erməni işğalında olan, xarabalıqlara çevrilən, inildəyən və təcavüzə uğrayan bir diyar. Digəri könüllərdə yaşayan gözəl, səfalı, bərəkətli, mədəniyyət və qəhrəmanlıq ocağı olan bir diyar. Bunun hər ikisi bizimdir.

Bir medalın 2 üzü kimi. Bir üzündə bizim müvəqqəti məğlubiyyət acımız var, digər üzündə artan qələbə sevincimiz. Amma medalın qələbə sevincli üzü getdikcə artır, genişlənir və şubhə yoxdur ki, digər üzünü də dəyişməyə başlayır… Əslində biz Qarabağı məhz belə görürük: inkişaf etmiş, firavan, xoşbəxt və möhtəşəm”.

Deputat deyib ki, futbol bir idman oyunu olsa da, qəlblərə böyük təsirə malikdir. “Qarabağ” əslində bir qəhrəmanlıq klubudur. Klubun ilk məşqçisi – Allahverdi Bağırov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid oldu, Milli Qəhrəman adına layiq görülüb.

Mənbə: Modern.az

Şərh yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.